Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllimimiz “Robotex Azərbaycan Avrasiya Çempionatı”nın qalibi olub

Müəllimimiz “Robotex Azərbaycan Avrasiya Çempionatı”nın qalibi olub

Estoniyada yerləşən “Robotex” təşkilatı hər ilin noyabr ayında Estoniyanın paytaxtı Tallin şəhərində dünyanın ən böyük robototexnika festivalı olan “Robotex International”ı təşkil edir. Türkiyənin ən böyük robototexnika festivalı tədbiri isə “Robotex Türkiyə”dir. “Robotex Türkiyə” texnologiya sənayesinin liderlərindən məlumat almaq, yeni startapları kəşf etmək, robotlar istehsal etmək və ən son texnologiyanı kəşf etmək üçün minlərlə mühəndis, menecer, tələbə və ailəni bir araya gətirən ən böyük robototexnika festivalıdır.

2-3 mart tarixlərində ilk dəfə Bakıda “Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Türkanə Qəhrəmanlı çempionatda iştirak edib.

T.Qəhrəmanlı həm mentor, həm də iştirakçı kimi 3 kateqoriyada yarışıb. Qızlar kateqiyasında müəllimimiz I yerə, Roboliq kataqoriyasında isə II yerə layiq görülüb. Eyni zamanda “Yazılım Teknolojileri” kateqoriyasında münsiflərin xüsusi sertifikatı ilə təltif olunub.

Bununla T.Qəhrəmanlı aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Robotex Türkiyə Avropa Çempionatı”nda iştirak haqqı qazanıb.