“Təhsil millətin gələcəyidir” mövzusunda Respublika elmi veb-konfransı
Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda Respublika elmi veb-konfransı keçiriləcək.
Konfransda müxtəlif sosial-humanitar fənləri əhatə edən məruzələr dinləniləcək.
Konfrans 10 may 2020-ci il tarixində Skype proqramının köməyi ilə baş tutacaq.
İştirakçılara sertifikat təqdim olunacaq və elmi məruzələr konfrans materiallarında çap olunacaq. Konfransda məruzələr Azərbaycan, rus və ingilis dillərində olacaq (məruzə müddəti 10-15 dəq).
Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini 1 may 2020-ci il tarixinədək teacher.conference@wu.edu.az ünvanına təqdim edə bilərlər.
Konfransın dili və tələb olunan qaydalar:
Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.
Məruzənin həcmi A4 formatlı elektron kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin teacher.conference@wu.edu.az e-mail ünvanına göndərilməlidir.
Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-8 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir.
Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [2, 34] və ya [4, 56-57].