Polşalı professor Qərbi Kaspi Universitetinin Beynəlxalq Qış Mühazirələrində iştirak edib
Polşanın Kardinal Stefan Vyşinski Universitetinin Siyasi Elmlər və İdarəetmə İnstitutunun dosenti, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis Dr. Piotr Sieniavski Qərbi Kaspi Universitetinin tələbələri üçün "EU, Science Diplomacy and Legal Approaches to Conflict Resolution" ("Aİ, elmi diplomatiya və münaqişələrin həlli üçün hüquqi yanaşmalar") mövzusunda xüsusi kurs keçıb.
Kurs çərçivəsində beynəlxalq münasibətlər kontekstində elmi diplomatiyanın əsas aspektləri, eləcə də münaqişələrin sülh yolu ilə həlli üçün tətbiq olunan hüquqi mexanizmlər müzakirə olunub.
Qərbi Kaspi Universiteti ənənəvi olaraq beynəlxalq ekspertləri tədris proqramlarına cəlb edərək tələbə və tədqiqatçılar üçün politologiya, beynəlxalq münasibətlər və hüquq sahəsində qabaqcıl yanaşmaları və aktual problemləri öyrənmək imkanı yaradır.Xüsusi kursda iştirak edən tələbələrə setifikatlar təqdim olunub.
Qərbi Kaspi Universitetinin belə tədbirləri mütəmadi təşkil etməsi tələbələr üçün geniş imkanlar açır.




