DR. Piotr Sinyavski Beynəlxalq qış mühazirələrində iştirak edəcək.
Piotr, Haaqa Beynəlxalq Hüquq Akademiyasının məzunudur və beynəlxalq hüquq, Avropa İttifaqı hüququ və beynəlxalq təhlükəsizlik sahələrində ixtisaslaşmışdır. Piotr Sinyavski, həmçinin, siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.
Beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis Piotr Sinyavskinin keçirəcəyi mühazirələr aşağıdakı mövzuları əhatə edəcəkdir:
- 1. 17.02.2025-ci il, saat 11:50 - 13:20 tarixində, Elmi diplomatiya və universitet diplomatiyası və onun münaqişə həllində potensialı
- 2. 18.02.2025-ci il, saat 15:15 - 16:45 tarixində, Müasir beynəlxalq hüquqda dövlətçilik
- 3. 19.02.2025-ci il, saat 10:10 - 11:40 tarixində, Avropa İttifaqının Cənubi Qafqazla bağlı xarici və təhlükəsizlik siyasəti
Beynəlxalq hüquq və diplomatiya sahəsində dərin bilik əldə etmək istəyən hər kəsi Polşanın Kardinal Stefan Vyshinski Universitetinin Siyasi Elmlər və İdarəetmə İnstitutunun dosenti DR. Piotr Sinyavskinin mühazirələrini dinləməyə dəvət edirik.