Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində “Təhsildə keyfiyyətin təminatı: innovativ yollar və real təkliflər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

Qərbi Kaspi Universitetində “Təhsildə keyfiyyətin təminatı: innovativ yollar və real təkliflər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

Qərbi Kaspi Universitetində “Təhsildə keyfiyyətin təminatı: innovativ yollar və real təkliflər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

Qərbi Kaspi Universitetində “Təhsildə keyfiyyətin təminatı: innovativ yollar və real təkliflər” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub. Tədbirdə Azərbaycan, Belarus, Litva, Özbəkistan, Türkiyə, Rusiya və Kanadadan tanınmış professorlar və təhsil ekspertləri iştirak ediblər.

Dəyirmi masa zamanı ali təhsildə keyfiyyət təminatı, müasir tədrismetodlarının tətbiqi, rəqəmsal texnologiyaların rolu, tələbə məmnuniyyətinin artırılması, təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi mövzuları müzakirə olunub. Xarici qonaqlar öz ölkələrindəki uğurlu təcrübələrdən, rast gəlinən problemlərdən və onların həll yollarından danışıblar.

Tədbirdə həmçinin Qərbi Kaspi Universitetinin təhsildə keyfiyyət təminatı sahəsində apardığı işlər, tətbiq olunan yeniliklər və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar keçirilib.

Tədbirin sonunda iştirakçılar gələcək əməkdaşlıq üçün ilkin razılıqlar əldə edib, birgə tədqiqat layihələrinin hazırlanması və tələbə-müəllim mübadiləsi proqramlarının genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Qərbi Kaspi Universiteti bu tip tədbirləri davamlı təşkil etməklə, təhsil məkanında innovasiyaların təşviqinə və beynəlxalq əlaqələrin inkişafına töhfə verməkdə israrlı olduğunu bir daha nümayiş etdirib.