Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə Məktəbi bölgələrdə abituriyentlərlə görüşlər keçirib.

Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə Məktəbi bölgələrdə abituriyentlərlə görüşlər keçirib.

Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə Məktəbi bölgələrdə abituriyentlərlə görüşlər keçirib.

Qərbi Kaspi Universitetinin Biznes və İdarəetmə Məktəbinin rəhbərliyi Azərbaycanın müxtəlif bölgələrində – Lənkəran, Masallı və Astara şəhərlərində abituriyentlərlə görüşlərdə iştirak ediblər. Görüşlər yerli tədris kurslarında, tədris mərkəzlərində və orta məktəblərdə təşkil olunub.

Səfərlərin əsas məqsədi universitetin tədris proqramları, qəbul şərtləri və təqaüd imkanları barədə məlumat vermək, eyni

zamanda abituriyentlərin suallarını cavablandırmaq olub. Görüşlər zamanı tələbə namizədlərinə universitetin təklif etdiyi ixtisaslar, beynəlxalq proqramlar, mübadilə imkanları və tələbə həyatı barədə geniş təqdimatlar təqdim edilib.

Abituriyentlər universitet nümayəndələrinə öz maraq dairələrini, karyera planlarını, ixtisas seçimi ilə bağlı suallarını ünvanlayıblar. Universitetin əməkdaşları isə onlara düzgün istiqamət seçmək, gələcək karyeralarını planlaşdırmaq üçün faydalı tövsiyələr verib.

Belə regional səfərlər Qərbi Kaspi Universitetinin abituriyentlərə dahayaxın olmaq, onlara seçim prosesində dəstək göstərmək və bölgələrlə əlaqələri gücləndirmək məqsədi daşıyır.