Qərbi Kaspi Universiteti Cənubi Koreya təcrübəsini öyrənir
Qərbi Kaspi Universitetinin Elm və İnnovasiyalar departamentinin koordinatoru, dosent Günay Qasımova Koreya Elm və Texnologiya Siyasəti İnstitutunda (STEPI) texnologiyaların transferi və elmin kommersiyalaşdırılması sahəsində Koreya Respublikasının təcrübə proqramını öyrənmək məqsədilə Azərbaycandan nümayəndə heyəti ilə birlikdə bu ölkədə ezamiyyətdədir.
Səfər zamanı nümayəndə heyəti Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənovla da görüşüb, müzakirələr aparılıb.


