Qərbi Kaspi Universiteti ilə Ürgənc Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Qərbi Kaspi Universiteti ilə Ürgənc Dövlət Universitetinin (UrDU) nümayəndələri arasında görüş baş tutub.
Tərəflər arasında biznes, iqtisadiyyat, turizm və digər sahələrdə tələbə və müəllim mübadiləsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elmi araşdırmalar, tədqiqatlar, akademik materiallar və nəşrlərin mübadiləsi, qarşılıqlı maraq doğuran digər əməkdaşlıqlar əhatə olunub.
Eyni zamanda, Qərbi Kaspi Universitetinin Biznes və idarəetmə məktəbinin dekanı, dosent Natiq Mirzəyev Xivə şəhərində keçirilən “Regionda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində prioritet istiqamətlər” adlı beynəlxalq konfransda iştirak edib.
Konfransda Azərbaycan, İtaliya, İspaniya, Çexiya, Türkiyə, Qırğızıstan və Özbəkistandan mütəxəssislər iştirak edib. Qərbi Kaspi Universitetinin nümayəndəsi konfransda "Yaşıl iqtisadiyyat və Azərbaycanda innovativ sahibkarlığın inkişafı" mövzusunda məruzə ilə çıxış edib.