Qərbi Kaspi Universiteti Litva Universiteti ilə əməkdaşlıq edəcək
Qərbi Kaspi Universiteti və Litvanın Šiauliai Dövlət Ali Təhsil Müəssisəsi arasında Biznesin təşkili və İnformasiya texnologiyası ixtisasları üzrə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Erasmus+ mübadilə proqramı çərçivəsində bakalavr tələbələri ilə yanaşı, professor-müəllim və inzibati heyətin də proqramda iştirakı həyata keçiriləcək.