Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti "Rebuild Karabakh 2024" sərgisində 3 layihə ilə iştirak edir

Qərbi Kaspi Universiteti "Rebuild Karabakh 2024" sərgisində 3 layihə ilə iştirak edir

Qərbi Kaspi Universitetinin tələbələri 15-17 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh 2024") iştirak edir.

 

Universitetimizi sözügedən sərgidə Ekologiya ixtisasının tələbəsi Xavər Əliyeva və Biologiya ixtisasının tələbəsi Jalə Mustafayeva təmsil edir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin stendində Qərbi Kaspi Universitetinin "BİOQAZ", "RGB Silkworm" və "TECHICA stone" layihələri sərgilənir.