Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti regionlarda tanıtım kampaniyasını genişləndirir.

Qərbi Kaspi Universiteti ölkənin müxtəlif bölgələrində təhsil imkanlarını tanıtmaq və gələcək tələbələrə universitetin təqdim etdiyi akademik mühit barədə məlumat vermək məqsədilə təbliğat və tanıtım tədbirlərini uğurla davam etdirir.

Universitetin peşəkar müəllim heyəti bölgələrə səfər edərək yerli məktəblərdə və təhsil müəssisələrində şagirdlərlə və onların valideynləri ilə görüşlər keçirir. Görüşlər zamanı universitetin ixtisasları, təqaüd proqramları, beynəlxalq əməkdaşlıqları, tələbə mübadilə imkanları, həmçinin tələbə həyatı barədə ətraflı məlumatlar təqdim olunur.

Tədbirlər çərçivəsində iştirakçılara müxtəlif informasiya materialları paylanır, suallar cavablandırılır və universitetə qəbul prosesi ilə bağlı ətraflı izahat verilir. Bu cür təşəbbüslər Qərbi Kaspi Universitetinin təhsilin keyfiyyətinə və regional gənclərin maarifləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisidir.

Universitet rəhbərliyi bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini və ölkənin bütün regionlarını əhatə edəcəyini vurğulayır.