Qərbi Kaspi Universiteti rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olundu
Qərbi Kaspi Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib.
Uğurlar əldə etməkdə davam edən Qərbi Kaspi Universiteti bu dəfə milli səviyyədə instutisional akkreditasiyadan uğurla keçib. Akkreditasiya Şurasının qərarına əsasən, Qərbi Kaspi Universiteti 5 il müddətinə institusional akkreditasiya qiymətləndirilməsini uğurla keçmiş hesab olunub və akkrediyasiya şəhadətnaməsini əldə edib.
Keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən institusional akkreditasiyaya şəhadətnaməsi universitet rəhbərliyinə təqdim olunub.
Şəhadətnaməni qəbul edən universitetin Qəyyumlar Şurasının Sədri Hüseyn Bağırov, bu proseslərin həm universitet təhsili, həm də ümumilikdə təhsilin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb.
Tədbirdə Qərbi Kaspi Universitetinin rəhbər şəxsləri, prorektorları, dekanları və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev, şöbənin əməkdaşları Mehparə Yusifli, Nigar Əsgərova və Xanım Quliyeva iştirak edirdi.