QKU “Rəqəmsal əlavə kreditlər: Nədir, necə və nə üçün istifadə olunur” mövzusunda vebinarda iştirak edib
Qərbi Kaspi Universiteti rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq "Accredible" şirkəti tərəfindən təşkil olunan “Rəqəmsal əlavə kreditlər: Nədir, necə və nə üçün istifadə olunur” mövzusunda vebinarda iştirak edib.
Vebinarda rəqəmsal əlavə kreditlər haqqında, həmçinin harda və necə istifadə olunma qaydaları ilə bağlı məlumat verilib. Vebinarda rəqəmsal tələbə sənədləri (digital badges) və sertifikatları ilə fiziki sertifikatların üstün və çatışmayan cəhətlərinin müqayisəli təhlili aparılıb.