Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti "Sabah.lab"la əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti "Sabah.lab"la əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində yaradılmış "Sabah.lab" ilə universitetimiz arasında əməkdaşlıqla bağlı görüş keçirilib.
Görüşdə sahibkarlıq qabiliyyətlərinin inkişafı üçün akademik təlimlər, startupların inkubasiya və akselerasiyanın həyata keçirilməsi üçün əməkdaşlığın həyata keçirilməsi üçün ilkin razılıq əldə olunub.
İlkin razılığa əsasən"Sabah.lab"ın startuplar üçün yaradılmış coworking mərkəzlərindəki imkanlardan Qərbi Kaspi Universitetinin tələbələri istifadə edə biləcəklər.
Tərəflər arasında imzalanması nəzərdə tutulan Memorandumdan sonra isə universitetin tələbələri üçün Massaçusets Texnologiya İnstitutu və Stanford Universitetinin professorlarının təlimləri təşkil olunacaq.
Qonaqlar həmçinin universitetin Texnoparkında yaradılan şəraitlə tanış olublar.