Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti tələbələrinin startapı Avstriyada investorlar qarşısında!

Qərbi Kaspi Universiteti tələbələrinin startapı Avstriyada investorlar qarşısında!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və SUP VC şirkətinin təşkilatçılığı ilə CulTech İnkubasiya Proqramının startapları və mentorları Vyana şəhərinə işgüzar səfərə yollanıblar.

Səfərdə Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri Leyla Tağıyeva və Leyla Allahverdiyeva CulTech sahəsində uğurlu startaplardan olan Avstriya startapı Artivive ofisində Avstriyalı İnvestorlar və Ekosistem oyunçuları qarşısında öz layihələrini təqdim ediblər.