Qərbi Kaspi Universiteti Türkiyənin Çağ universiteti ilə əməkdaşlıq edəcək
Qərbi Kaspi Universiteti Erasmus+ proqramı çərçivəsində Türkiyənin Çağ universiteti ilə əməkdaşlıq edəcək.
Bununla bağlı tərəflər arasında imzalanmış müqavilə 2022-2025-ci illəri əhatə edir.
Bu əməkdaşlıq çərçivəsində hər il bakalavr pilləsində təhsil alan tələbələr, eləcə də akademik heyət mübadilə proqramında iştirak edə biləcəklər.