Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti və Azərbaycan Beynəlxalq Bankı yeni layihəyə start verib

Qərbi Kaspi Universiteti və Azərbaycan Beynəlxalq Bankı yeni layihəyə start verib

Qərbi Kaspi Universitetinin Azərbaycan Beynəlxalq Bankı ilə birgə həyata keçirdiyi "Qoşa saat" layihəsi çərçivəsində tələbələrimiz üçün növbəti təlimi təşkil edilib.

"Bankda ön ofis işinin əsasları" mövzusunda keçirilən təlimi ABB-nin İşə qəbul və planlaşdırma şöbəsinin müdiri Orxan Əliyev və Filiallarla iş departamentinin direktoru Rəşad Abbasov aparıblar.

Tələbələrə mövzu barədə praktik məlumatları çatdıran təlimçilər daha sonra onları maraqlandıran sualları cavablandırıblar.