Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetin professoru beynəlxalq konfransda çıxış edib

Qərbi Kaspi Universitetin professoru beynəlxalq konfransda çıxış edib

Qərbi Kaspi Universitetin professoru, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi, "Minilliyin Layihəsi" Qlobal Beynəlxalq Təşkilatının Azərbaycan bölməsinin sədri, fəlsəfə doktoru Reyhan Hüseynova Finlandiyanın Turku şəhərində "Təbii Resursların Gələcəyi" adlı 24-cü beynəlxalq konfransda ölkəmizi təmsil edib.

Professor konfransda "Azərbaycanda təbii sərvətlərdən istifadənin azaldılmasında yaşıl enerjinin rolu" mövzusunda məruzə ilə çıxış edib.