Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində alman professordan “İnsanlara təsir etmə texnikaları” mühazirəsi.

Qərbi Kaspi Universitetində alman professordan “İnsanlara təsir etmə texnikaları” mühazirəsi.

Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri çərçivəsində növbəti maraqlı elmi görüş baş tutacaq. Bu dəfə universitetin qonağı Almaniyanın Schmalkalden Universitetinin professoru olacaq.

Tanınmış alman akademik tələbə və müəllim heyəti üçün “İnsanlara Təsir Etmə Texnikaları” mövzusunda mühazirə ilə çıxış edəcək. Mühazirədə insan davranışlarına təsir göstərmək üçün istifadə olunan psixoloji yanaşmalar, ünsiyyət metodları və sosial manipulyasiya alətlərindən bəhs ediləcək.

Tədbir tələbələrə beynəlxalq perspektivdən bilik qazanmaq, qlobal akademik mühitlə tanış olmaq və yeni elmi yanaşmalarla tanışlıq imkanı yaradacaq.

Qeyd edək ki, Beynəlxalq Yaz Mühazirələri Qərbi Kaspi Universitetinin beynəlxalq akademik əməkdaşlıq çərçivəsində hər il təşkil etdiyi ənənəvi tədbirlərdən biridir.