Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib

Qərbi Kaspi Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib

Qərbi Kaspi Universitetində ali təhsil müəssisələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib. Tədbirin məqsədi tələbələrin istedadını üzə çıxarmaq, onların mədəni-estetik dünyagörüşünü zənginləşdirmək və Ulu Öndərin zəngin irsinin təbliğinə töhfə verməkdir.Seçim mərhələsində tələbələr  vokal, rəqs və xor kollektivini ifası ilə çıxış ediblər.Tədbirdə Azərbaycanın xalq artistləri,əməkdar incəsənət xadimləri və tanınmış mədəniyyət işçilərindən ibarət münsiflər heyəti iştirak edərək çıxışları qiymətləndiriblər. Münsiflər tələbələrin yüksək yaradıcılıq potensialını və milli ruhda təqdim etdikləri səhnə nümunələrini xüsusi vurğulayıblar.Seçim mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan iştirakçılar yaxın günlərdə keçiriləcək yekun mərhələdə öz bacarıqlarını bir daha nümayiş etdirəcəklər.Xatırladaq ki, 2024 cü ildə keçirilən bu müsabiqədə  Universitetimizin xor kollektivi  1- ci yerə və solo rəqs naminasiyası üzrə tələbəmiz 2- ci yerə layiq görülmüşdür.