Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində beynəlxalq mühazirə keçirilib

Qərbi Kaspi Universitetində beynəlxalq mühazirə keçirilib

Qərbi Kaspi Universitetində Beynəlxalq qış mühazirəsi çərçivəsində Allan V. Kaluev tərəfindən “Beyin pozuntularının zebra balıq modelləri üzərində tətbiqi” mövzusunda mühazirə baş tutub. Mühazirə zamanı beyin pozuntuları və bu pozuntuların araşdırılması sahəsində zebra balıq modellərinin əhəmiyyəti və üstünlükləri detallı şəkildə izah edilib. Professor Kaluev bu növün beyindəki bioloji prosesləri izləmək üçün mükəmməl bir model olduğunu və onların genetik olaraq modifikasiya edilə bilən xüsusiyyətlərinin tədqiqatlar üçün əvəzsiz rol oynadığını vurğulayıb.

 

Allan Kaluev Qərbi Kaspi Universitetinin Həyat Elmləri Tədqiqat Mərkəzinin (Life Sciences Resource Center, Western Caspian University) "NGS Texnologiyası: Genetikada Mövcud Trendlər və İnkişaflar" tədqiqat qrupunun əməkdaşıdır. 300-dən çox elmi nəşrin, 27 000-dən çox sitatın müəllifi olan təqdiqatçı dünya üzrə ən yaxşı 2% alim arasında yer alır.