Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri silsiləsi uğurla davam edir
Qərbi Kaspi Universitetində keçirilən beynəlxalq yaz mühazirələri silsiləsi bu il də böyük maraqla qarşılanır. Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, ekspertlər və akademik dairələrin nümayəndələri universitetin tələbə və müəllim heyəti ilə bir araya gələrək müxtəlif sahələr üzrə aktual mövzularda çıxışlar edirlər.Mühazirələrdə qlobal problemlər, yeni elmi yanaşmalar, texnologiyanın inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və müasir təhsil trendləri kimi mövzular ətrafında maraqlı müzakirələr aparılır. Bu tədbirlər tələbələrə dünya elmi və təhsil məkanına inteqrasiya imkanı yaratmaqla yanaşı, onların bilik və dünyagörüşünü də zənginləşdirir.Qeyd edək ki, yaz mühazirələri çərçivəsində təşkil olunan sessiyalar interaktiv formatda keçirilir və iştirakçılara sual-cavab, açıq diskussiya və fikir mübadiləsi üçün şərait yaradılır. Universitetin bu təşəbbüsləri tələbələrin inkişafında mühüm rol oynadığını vurğulayır və bu cür beynəlxalq platformaların gələcəkdə də davam etdiriləcəyini bildirir.