Qərbi Kaspi Universitetində Debat Klubunun 5-ci Daxili Turniri Keçirilib
Qərbi Kaspi Universitetində tələbələrin natiqlik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə Debat Klubunun təşkilatçılığı ilə 5-ci Daxili Debat Turniri keçirilib. Turnirdə universitetin müxtəlif fakültələrindən olan debatçılar iştirak edərək, müxtəlif mövzular ətrafında maraqlı müzakirələr aparıblar.Turnir gərgin və maraqlı mübahisələrlə yadda qalıb. Natiqlər öz arqumentlərini əsaslandırmaqla yanaşı, rəqib komandaların arqumentlərinə qarşı güclü çıxışlar ediblər. Münsiflər heyəti tərəfindən mövzuya yanaşma, arqumentlərin məntiqi qurulması və çıxış bacarıqları əsas meyarlar kimi qiymətləndirilib.Final mərhələsində xüsusi çıxışları və güclü mövqe müdafiəsi ilə fərqlənən komanda qalib elan olunub. Uğurlu performansa görə qalib komandanın üzvləri sertifikat və hədiyyələrlə mükafatlandırılıb.Turnirin sonunda Debat Klubunun rəhbərliyi iştirak edən komandalara təşəkkürünü bildirib. Klub tərəfindən gələcəkdə daha çox tələbəni əhatə edən yeni layihə və turnirlərin keçirilməsi planlaşdırılır.








