Qərbi Kaspi Universitetində dizayn məktəbinin tələbələrinin sərgisi keçirildi.
Qərbi Kaspi Universitetində Dizayn məktəbinin tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçirildi. Tədbirdə tələbələrin müxtəlif istiqamətlər üzrə hazırladığı layihələr – qrafik dizayn, interyer dizaynı, rəqəmsal incəsənət və digər sahələr üzrə nümunələr nümayiş etdirildi.
Sərgi iştirakçılara tələbələrin innovativ yanaşmalarını, yaradıcı potensiallarını və peşəkar bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı. Tədbirdə müəllim heyəti, sənət və dizayn sahəsinin mütəxəssisləri, eləcə də tələbələrin valideynləri iştirak etdilər.
Sonda sərgi iştirakçılarına sertifikatlar təqdim olundu və ən yaxşı layihələr xüsusi qeyd edildi. Tədbir tələbələrin gələcək karyeralarına stimul verəcək əhəmiyyətli bir platforma oldu.









