Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-də Dünya Robot Olimpiadası (WRO) Azərbaycan təşkilat komitəsinin nümayəndələri təqdimat keçiriliblər.

QKU-də Dünya Robot Olimpiadası (WRO) Azərbaycan təşkilat komitəsinin nümayəndələri təqdimat keçiriliblər.

Yeniyetmə və gənclərin elmi-texniki biliklərinin artırılması, innovativ yanaşma, qlobal problemlərin robotik həll yollarının tapılmasının təşviq olunması məqsədilə keçirilən, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir.

Dünya Robot Olimpiadasında iştirak etmək və bu hərəkatın ölkəmizin yeniyetmə və gənclər arasında geniş təşviq olunmasında əsas məqsəd gənclərin ətrafda mövcud olan problemlərin robotik həllərini tapmağa sövq etməkdir.

18-22 sentyabr 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyası (WRO)—Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçiriləcək.

Qərbi Kaspi Universitetində bu günlərdə “WRO Azərbaycan” maraqlı təqdimatlar həyata keçirdi. Təqdimatlarda tələbələrimizə olimpiadanın keçirilmə qaydaları və kateqoriyaları ilə bağlı məlumatlar verildi. Tələbələr infosessiyaya qatılmağa böyük təşəbbüs göstərdilər.