Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində elmi-praktik konfrans təşkil olunub

Qərbi Kaspi Universitetində elmi-praktik konfrans təşkil olunub

Qərbi Kaspi Universitetinin Siyasi və ictimai elmlər məktəbində "Tarixin tədqiqində və tədrisində muzeylərin rolu: Maddi-mədəni irs mənbə kimi" mövzusunda elmi-praktik konfrans təşkil olunub.
 
Konfrans Tarix ixtisasında təhsil alan tələbələrin Metropoliten muzeyi, Luvr muzeyi, Topqapı saray-muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Saatlı Tarix Diyarşünaslıq Muzeyi, Zərdab Tarix Diyarşünaslıq Muzeyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində qorunan eksponatlar əsasında aparılmış kiçik tədqiqat işlərinə həsr olunub.
 
Tələbələr ölkəmizdə fəaliyyət göstərən muzeylərin fond və ekspozisiyalarına səfər edərək tədqiqat işi aparıb, həmçinin dünyanın bir sıra muzeylərinin internet səhifələri üzərindən həmin muzeylərdə saxlanılan Azərbaycan tarixi və etnoqrafiyası ilə bağlı maddi-mədəniyyət nümunələrini araşdıraraq təqdimatlar hazırlayıblar.
 
Tədbirdə Qobustan Dövlət Tarix və Bədii Qoruğu, Qala Arxeologiya və Etnoqrafiya Qoruğunda çalışmış Turan Yunus, Beşbarmaq Qoruğunun əməkdaşı Anar İbrahimov və miniatür rəssamı Pərnisə Əsgərova iştirak edərək öz təcrübələrini tələbələrlə bölüşüblər.