Qərbi Kaspi Universitetində Əmək Yarmarkası təşkil olundu.
Qərbi Kaspi Universitetində tələbələrin və işaxtaran gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə genişmiqyaslı əmək yarmarkası təşkil olunub. Tədbir Azərbaycan Respublikası Məşğulluq Dövlət Agentliyinin dəstəyi ilə baş tutub.
Əmək yarmarkasında ölkənin aparıcı şirkətləri, dövlət qurumları və özəl müəssisələrin nümayəndələri iştirak ediblər. Onlar müxtəlif vakansiyalar təqdim edərək tələbələr və işaxtaranlarla birbaşa görüşmək, karyera imkanları barədə ətraflı məlumat vermək imkanı qazanıblar.
Tədbirin əsas məqsədi tələbələrin əmək bazarına inteqrasiyasını sürətləndirmək, gənclərin işlə təmin olunmasına dəstək vermək və onları real iş mühiti ilə tanış etmək olub. Əmək yarmarkasında iştirak edən tələbələr potensial işəgötürənlərlə ünsiyyət qurub, müsahibələrdə iştirak edib və mövcud vakansiyalar üzrə iş üçün müraciət ediblər.
Qərbi Kaspi Universiteti belə tədbirlərin mütəmadi keçirilməsinin tələbələrin gələcək karyerasına müsbət təsir etdiyini, əməkdaşlığın genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini nə!ərdə tutur.
Tədbir iştirakçıları əmək yarmarkasının faydalı və məqsədəuyğun təşkil edildiyini xüsusi vurğulayıb, belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.






