Qərbi Kaspi Universitetində Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı keçiriləcək
14 may 2025-ci il tarixində Qərbi Kaspi Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Qlobal çağırışlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir. Bu konfrans, elmin bütün sahələri üzrə faəliyyət göstərən gənc alimlər üçün elmi nəticələrini ictimaiyyətə təqdim etmək, elmi diskussiyalara qoşulmaq və tədqiqat bacarıqlarının elmi cəmiyyətə inteqrasiyası baxımından mühüm bir addımdır.
Gənc tədqiqatçılarımızı konfransda iştirak etməyə dəvət edirik!
Məkan: QKU, Əhməd Rəcəbli korpusu, 502 saylı akt zalı
Tarix və saat: 14 may 2025-ci il, saat 10:00
E-mail: yrc2025@wcu.edu.az
Tezislərin göndərilməsi üçün son tarix: 30 aprel 2025-ci il