Qərbi Kaspi Universitetində "Maliyyə Uçotu" proqramı üzrə təşkil olunan xüsusi kurs uğurla başa çatdı
Qərbi Kaspi Universitetində "Maliyyə Uçotu" proqramı üzrə təşkil olunan xüsusi kurs uğurla yekunlaşıb. Kurs çərçivəsində tələbələrə maliyyə uçotu sahəsinin nəzəri və praktiki əsasları öyrədilib. Tədris prosesi tanınmış professor Vladimir Birukun rəhbərliyi ilə həyata keçirilib.Professor Biruk, iştirakçılara maliyyə hesabatlarının hazırlanması, analizi və müasir mühasibatlıq metodları haqqında dərin biliklər verib. Kurs müddətində tələbələr həm fərdi,həm də qrup şəklində praktiki tapşırıqlar yerinə yetirərək, biliklərini real tətbiqlərlə möhkəmləndiriblər.Tədris proqramını uğurla başa vuran tələbələrə Qərbi Kaspi Universitetinin sertifikatları təqdim olunub. Tədbir zamanı çıxış edən profesor Biruk tələbələri təbrik edib, əldə olunan bilik və bacarıqların onların gələcək karyeralarında mühüm rol oynayacağına ümüd edib.















