Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində "Maliyyə uçotu" proqramı üzrə xüsusi kurs

Qərbi Kaspi Universiteti 2025-ci ilin 2 aprel - 30 aprel tarixləri arasında "Maliyyə uçotu" proqramı üzrə xüsusi kurs təşkil edir. Bu kurs maliyyə uçotu sahəsində bilik və bacarıqlarını artırmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Kursun əsas məzmunu:

  • Maliyyə uçotunun əsas prinsipləri və tətbiqi
  • Beynəlxalq uçot standartları və onların praktik istifadəsi
  • Mühasibat hesabatlarının hazırlanması və təhlili
  • Maliyyə nəzarəti və risklərin idarə olunması
  • Rəqəmsal texnologiyaların maliyyə uçotuna təsiri

Kursun tədrisini tanınmış iqtisadçı alim, maliyyə və mühasibatlıq sahəsində geniş təcrübəyə malik professor Vladimir Biruk aparacaq.Təlim iştirakçılarına kursun sonunda sertifikat təqdim olunacaq.