Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində Məzun Günü keçirilib

Qərbi Kaspi Universitetində Məzun Günü keçirilib

Qərbi Kaspi Universiteti növbəti məzunlarını yola salıb.
Təntənəli məzun gecəsində çıxış edənlər məzunları təbrik edib, onlara həyatlarının yeni mərhələsində də uğrular arzulayıblar. Çıxışlarda Qərbi Kaspi Universitetinin bu ilki məzunlarının da əmək bazarında özlərinə layiqli yer tutacaqlarına əminlik ifadə olunub.
Sonra məzunların ənənəvi "papaq atma” mərasimi keçirilib.
Tədbir tələbələrdən ibarət xor kollektivinin çıxışı, rəqslər və müxtəlif musiqilərlə davam edib.