Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində Məzun Günü keçirilib

Qərbi Kaspi Universitetində Məzun Günü keçirilib

Məzun Günündə çıxış edən universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, Universitetin Təhsildə keyfiyyətin təminatı Şöbəsinin müdiri Wonda Grobbelaar, universitetin məzunu, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbir bədii-əyləncəli hissə ilə davam edib, universitetin Xor kollektivinin ifaları və tələbələrin rəqsləri maraqla qarşılanıb.
Tədbirdə məzunlar və universitetin professor-müəllim heyəti ilə yanaşı millət vəkilləri - professor Musa Qasımlı, Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Vüqar Bayramov, professor Fikrət Sadıxov, yazıçı Varis Yolçiyev iştirak ediblər.
 
Məzun Günündən hazırlanmış videoçarx: