Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Miçiqan Universitetinin professoru tələbələrlə görüşdü

Qərbi Kaspi Universitetində Miçiqan Universitetinin professoru tələbələrlə görüşdü

Miçiqan Universitetinin tanınmış professoru, süni intellekt sahəsində nüfuzlu tədqiqatçı dr. Dauglas Hartman universitetin qonağı oldu və “Süni intellektlə zənginləşdirilmiş peşəkar inkişaf " mövzusunda maraqlı və ilhamverici mühazirə ilə çıxış etdi.Mühazirə zamanı professor Hartman süni intellektin yalnız texnologiya sahəsində deyil, insan həyatının bütün sahələrində necə inqilabi dəyişikliklərə səbəb olduğunu, həmçinin bu texnologiyanın cəmiyyətin gələcəyində hansı rolu oynayacağını dinləyicilərə dolğun və əyləncəli şəkildə izah etdi. Onun çıxışı sadəcə bir elmi təqdimat deyil, həm də iştirakçılarda düşüncəyə təkan verən bir səyahət kimi yadda qaldı.Tələbə və müəllimlərin böyük maraq göstərdiyi tədbirdə süni intellektin etikası, gələcək əmək bazarına təsiri və insan-makina münasibətləri barədə canlı və interaktiv müzakirələr aparıldı. Qonaq professor müəllim və tələbələrin  suallarını cavablandırdı, real nümunələr və dünya təcrübəsindən maraqlı faktlar paylaşdı.

Tədbirin sonunda professor Hartman Qərbi Kaspi Universitetinin açıq və innovativ mühitini yüksək qiymətləndirdi, gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdi. İştirakçılar isə bu görüşü ilhamverici və yadda qalan bir akademik təcrübə kimi dəyərləndirdilər.