Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Şmalkalden Universitetinin beynəlxalq əlaqələr koordinatorunun mühazirəsi keçiriləcək.

Qərbi Kaspi Universitetində Şmalkalden Universitetinin beynəlxalq əlaqələr koordinatorunun mühazirəsi keçiriləcək.

Qərbi Kaspi Universitetində Almaniyanın Şmalkalden Universitetinin Beynəlxalq Əlaqələr üzrə koordinatoru qonaq olacaq. Görüş çərçivəsində koordinator tələbələr və müəllim heyəti üçün süni intellektin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və xaricdə təhsil proqramları mövzusunda mühazirə ilə çıxış edəcək.

Mühazirədə süni intellekt texnologiyalarının müasir dövrdə tətbiq sahələri, gələcək trendləri və tələbələr üçün beynəlxalq təcrübə imkanları geniş şəkildə müzakirə olunacaq. Eyni zamanda, Şmalkalden Universitetində süni intellekt üzrə mövcud təhsil proqramları, elmi-tədqiqat fəaliyyətləri və birgə layihələr barədə ətraflı məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılar suallarını ünvanlamaq və müzakirələrə qoşulmaq imkanı əldə edəcəklər.