Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində xüsusi kurs davam edir

Qərbi Kaspi Universitetində təşkil olunan "Maliyyə uçotu proqramı" üzrə xüsusi kurs uğurla davam edir. 2 aprel tarixindən start götürən bu kurs, maliyyə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən iştirakçılar üçün nəzərdə tutulub.Təlimlər, bu sahədə böyük təcrübəyə malik tanınmış mütəxəssis – professor Vladimir Biruk tərəfindən aparılır. O, maliyyə uçotu sahəsində uzunillik elmi və pedaqoji fəaliyyətə malik olmaqla yanaşı, beynəlxalq standartlara uyğun müasir yanaşmaları tədris prosesində tətbiq edir.Kurs çərçivəsində iştirakçılar mühasibat uçotunun əsas prinsipləri, maliyyə hesabatlarının hazırlanması, vergi uçotu,maliyyə analizləri və digər aktual mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Tədris prosesi interaktiv şəkildə qurulub və iştirakçıların aktiv iştirakı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi iştirakçıların maliyyə sahəsində peşəkar bacarıqlar qazanmasına dəstək olmaq və onları real iş şəraitində tətbiq edilə bilən biliklərlə təmin etməkdir. Kursun sonunda iştirakçılara Qərbi Kaspi Universiteti tərəfindən rəsmi sertifikat təqdim olunacaq.