Qərbi Kaspi Universitetində yoldaşlıq yarışı baş tutdu
Qərbi Kaspi Universiteti ilə Bakı Mühəndislik Universitetinin voleybol komandaları arasında yoldaşlıq oyunu keçirildi. Gərgin və maraqlı keçən görüşdə hər iki komanda yüksək səviyyədə oyun nümayiş etdirdi. Lakin nəticədə Qərbi Kaspi Universitetinin qızlardan ibarət voleybol komandası üstünlük qazanaraq rəqibini 3:0 hesabı ilə məğlub etdi.
Oyun ərzində Qərbi Kaspi Universitetinin komandası güclü hücumları və müdafiədəki etibarlı oyunu ilə fərqləndi. Onlar setlərdə ardıcıl qələbə qazanaraq qarşılaşmanı inamla başa vurdu. Bakı Mühəndislik Universitetinin komandası isə mübarizə aparsa da, rəqibin hücumlarına cavab verməkdə çətinlik çəkdi.
Yoldaşlıq matçı hər iki universitet üçün idman təcrübəsini artırmaq, dostluq əlaqələrini möhkəmləndirmək və voleybolun inkişafına töhfə vermək baxımından əhəmiyyətli oldu. Qarşılaşmadan sonra komandalar bir-birini təbrik edərək xatirə şəkilləri çəkdirdilər.


