Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin beynəlxalq tədqiqat nəticələrinin müzakirəsinə dair onlayn görüş keçirilib.

Qərbi Kaspi Universitetinin beynəlxalq tədqiqat nəticələrinin müzakirəsinə dair onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə bir çox qabaqcıl nəşriyyatların, eləcə də “Informascope” şirkətinin rəsmi tərəfdaşı olan Ümit Yontar və “Elsevier” nəşriyyatının nümayəndəsi Yasemin Solay SciVal platforması üzərindən təqdimatla çıxış etmişdir.

SciVal platformasında əks olunan Qərbi Kaspi Universitetinin əldə etdiyi yüksək tədqiqat nailiyyətləri və son illərdə Scopus elmimetrik bazasında keyfiyyət göstəricilərinin yüksək olduğu elmi nəşrləri haqqında müzakirə aparılıb, həmçinin orada əks olunan THE (Times Higher Education) beynəlxalq ali məktəb reytinqinin əsaslandığı məlumatlar barədə ətraflı bəhs edilib.

Təqdimat zamanı SciVal platformasının universitetin elmi fəaliyyətinin təhlilində, tədqiqatların effektiv planlaşdırılmasında və beynəlxalq əməkdaşlıqların qurulması sahəsində verdiyi üstünlüklərdən danışıb, universitetin müəllim heyəti və tədqiqatçılarının suallarını cavablandırıb.