Qərbi Kaspi Universitetinin dosenti beynəlxalq simpoziumda çıxış edib
Qərbi Kaspi Universitetinin dosenti, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova İtaliyanın Palermo şəhərində Ənənəvi Musiqinin Beynəlxalq Komitəsinin (Dünya Musiqi Tarixinin araşdırmaları bölməsinin) II simpoziumunda “Azərbaycan musiqi folkloru Puşkin Evində” məruzəsi ilə çıxış edib.
Simpozium Antonio Pasqualino Beynəlxalq Marionet Muzeyində keçirilib.