Qərbi Kaspi Universitetinin ingilis dili mərkəzi "Gələcək Dünya: Yeni Baxışlar" adlı tədbir keçirdi.
İngilis dili mərkəzinin təşkilatçılığı ilə baş tutan “Gələcək Dünya: Yeni Baxışlar” adlı tədbirdə tələbələr öz tədqiqat və müşahidələri əsasında gələcəklə bağlı maraqlı ideyalar irəli sürdülər. Təqdimatlar zamanı iştirakçılar texnoloji inkişaflar, süni intellekt, ətraf mühitin qorunması və cəmiyyətin gələcək problemləri kimi mövzulara toxunaraq faktlara əsaslanan çıxışlar etdilər.
Tədbir tələbələrin həm elmi tədqiqat bacarıqlarını, həm də İngilis dilində sərbəst fikir ifadə etmə qabiliyyətlərini nümayiş etdirmələri üçün mühüm bir platforma rolunu oynadı.








