Qərbi Kaspi Universitetinin “Journal of Endemism: biodiversity & environment” jurnalının yeni nömrəsi çap olunub
Qərbi Kaspi Universitetinin “Journal of Endemism: biodiversity & environment” jurnalının yeni nömrəsi nəşr olunub.
“Journal of Endemism: biodiversity & environment” dərgisi yerdəki həyatın bütün səviyyələrində, genlərdən tutmuş ekosistemlərə qədər, biomüxtəlifliyi, həyatı təmin edən təkamül, ekoloji və mədəni prosesləri əhatə edən proseslərdən bəhs edir.
Jurnal dünyanın hər yerindən görkəmli ekspertlərin köməyi ilə məqalələri nəzərdən keçirməklə ən yüksək nəşr standartları ilə çap olunur.
Redaksiya heyəti 2024-cü il nəşri üçün MƏQALƏ QƏBULU ELAN EDİR.
Məqalələr ingilis dilində, orjinal tədqiqat işi olmalıdır.
Məqalələrin çapı ödənişsizdir.
Əlaqə: endemism_science@wcu.edu.az