Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin kitabxanası ən yeni nəşrləri istifadəçilərinə təqdim edir. 

Qərbi Kaspi Universitetinin kitabxanası ən yeni nəşrləri istifadəçilərinə təqdim edir. 

Elmi Kitabxana Mərkəzinin əsas hədəflərindən biri akademik təqvim ili ərzində universitetin tədris və elmi-tədqiqat mövzu istiqamətlərinə əsasən, müəllim heyətinin və tədqiqatçıların informasiya ehtiyaclarına müvafiq olaraq ən yeni nəşrlərin əldə edilməsi və istifadəsinin təmin edilməsidir. Kitabların 24/7 əlçatan olması kitabxana xidmətinin əsas məqsədidir.

Kitabxanaya daxil olan yeni kitablar əsasən informasiya texnologiyaları, təhsildə süni intellekt, biologiya, akvakultura, qida təhlükəsizliyi və mikrobiologiyası, robotiks mühəndisliyi, mexatronika, iqtisadiyyat, biznes və turizm, sosial psixologiya və s. aiddir.

Növbəti tədris ilinə kitabxana hazırlıqları yay müddəti ərzində aparılır və müxtəlif dərslik və dərs vəsaitlərinin, həmçinin cari semestr ərzində istifadəçilərin informasiya sorğuları təhlil olunaraq materialların əldə edilməsi diqqət mərkəzində saxlanılır. 

Yeni resurslar barədə ətraflı məlumat və istifadə ilə bağlı sualları library@wcu.edu.az elektron poçtuna yazaraq yaxud birbaşa kitabxanaya müraciət etmək mümkündür.