Qərbi Kaspi Universitetinin müəllim heyəti, tələbələrin və tədqiqatla məşğul olanların nəzərinə!
Qərbi Kaspi Universitetinin müəllim heyəti, tələbələrin və tədqiqatla məşğul olanların nəzərinə!
Türk xalqlarının tarixi və mədəni zənginliklərini, türkologiya elminin tarixini, günümüzdəki problemlərini və türkologiyanın aktual problemlərini işıqlandırmağı qarşısına məqsəd qoymuş “Türkologiya” jurnalı artıq kitabxanamızda.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal hazırda ildə iki nömrəsi nəşr edilir. Jurnalda həm respublikamızın, həm də əcnəbi türkoloqların Azərbaycan, türk, rus və ingilis dillərində məqalələri dərc edilir.
Kitabxanamızın İstiqlaliyyət filialından əldə edə bilərsiniz.