Qərbi Kaspi Universitetinin müəllimi Odessa Dövlət Aqrar Universitetində mühazirə ilə çıxış etdi
21 may 2025 -ci il tarixində Odessa Dövlət Aqrar Universitetinin (Ukrayna) tələbələri və müəllimləri üçün Qərbi Kaspi Universitetinin “Marketinq və idarəetmə” kafedrasının müəllimi Vüsal Heydərov tərəfindən “Qərarların qəbulu” mövzusunda mühazirə keçirilib. Vüsal Heydərov qərar qəbulu prosesinin aparıcı aspektləri, alternativlərin təhlili və qiymətləndirilməsi üsulları barəsində tədqiqat və analiz edərək onlayn formatda keçirilən görüşdə fikirlərini paylaşıb.
Bu mühazirədə Odessa Dövlət Aqrar Universitetinin bakalavriat və birinci tədris ili magistratura səviyyələri: “Menecment”, “İqtisadiyyat”, “Mühasibat və vergi uçotu”, “Marketinq” ixtisasları üzrə təhsil alan tələbələr və müəllimlər üçün yeni təcrübə və biliklər əldə etmək, habelə müasir elmi və tətbiqi yanaşmaları dərk etmək üçün mühüm əhəmiyyət kəsb edib


