Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin müəlliminin xarici həmmüəlliflərlə birgə kitabı nəşr olunub

Qərbi Kaspi Universitetinin müəlliminin xarici həmmüəlliflərlə birgə kitabı nəşr olunub

Qərbi Kaspi Universitetinin müəlliminin xarici həmmüəlliflərlə birgə kitabı nəşr olunub

Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmovanın xarici həmmüəlliflərlə birgə “İmpact of infodemic on organizational performance” kitabında elmi əsəri nəşr olunub.
“Pandemic Stress Caused by the Infodemic Among Youngsters and the Elderly Population” adlı elmi əsərdə pandemik stresin psixoloji göstəricilərə təsirini əks etdirən təcrübələrin nəticələri əks olunub. Qeyd edək ki, bu təcrübələrin əsas hissəsi Qərbi Kaspi Universitetində tələbələr üzərində aparılıb. 2018-ci ildən aparılan təcrübələr onlayn tədris dövrdə də davam etdirilib və çox maraqlı nəticələr alınıb. Təcrübələrin təhlili zamanı məlum olub ki, pandemiyadan əvvəl emosional gərginlik koqnitiv proseslərin aktivləşməsinə səbəb olurdusa, pandemiya vaxtı onlayn rejimdə aparılan kollokvium zamanı həyəcanın yüksəlməsi fonunda, koqnitiv proseslərin aktivləşməməsi, eyni zamanda kontol adi dərs günü belə normadan aşağı səviyyədə olması, kollokvium zamanı tələbələrdə MSS-nin tez yorulması və emosional gərginlik zamanı adaptasiyanın gecikməsi, diqqətin cəmlənməsi prosesinin zəifləməsi, eşitmə və qısa müddətli yaddaşın hər üç təcrübə zamanı normadan aşağı olması elektomaqnit şüa mənbələrinin də koqnitiv proseslərin zəifləməsində rolu olduğunu göstərir. Tədqiqatlarda eyni tələbələr iştirak etmişdir. Onlayn tədris zamanı pandemik streslə yanaşı, hipokineziya və sosiallaşmanın zəifləməsi də yüksək həyəcan göstəricilərinin alınmasına səbəb ola bilər.
Elmi əsərlər toplusu ABŞ-ın İGİ Qlobal nəşriyyatında çapdan çıxıb.