Qərbi Kaspi Universitetinin nümayəndəsi Almaniyada Beynəlxalq Konfransda iştirak edib.
Elmi Kitabxana Mərkəzinin müdiri Nigar Babayeva Almaniyanın Berlin şəhərində ZBW – İqtisadiyyat üzrə Leybnits İnformasiya Mərkəzinin (keçmiş Almaniya Milli İqtisadiyyat Kitabxanası) təşkil etdiyi INCONECSS – 2025 Beynəlxalq Konfransında çıxış edib.
Tədbirdə təqdimatla çıxış edən Nigar Babayeva süni intellektin müasir kitabxana xidmətlərinə inteqrasiyası və universitet kitabxanasının bu sahədə fəaliyyəti və təcrübəsindən bəhs etmişdir.
İki gün davam edən konfransda süni intellektin təhsilə inteqrasiyası, onun kitabxana və informasiya xidmətlərində rolu və təsir istiqamətləri, nəşriyyatlar və müəlliflik hüquqları, kitabxanalarda rəqəmsal xidmətlərin tətbiqi, eləcə də açıq resurslar və digər mühüm mövzular müzakirə edilib.
34 ölkədən 92 mütəxəssisin qatıldığı tədbirdə iştirakçılar kitabxana və informasiya sahəsində müasir perspektivləri əks etdirən geniş təcrübə mübadiləsi aparıblar.



