Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin professor-müəllim heyəti abituriyentlərlə silsilə görüşlər keçirir

Qərbi Kaspi Universitetinin professor-müəllim heyəti abituriyentlərlə silsilə görüşlər keçirir

Qərbi Kaspi Universiteti təhsildə fərqlilik yaradan yanaşması ilə tanınmaqla yanaşı, gənclərin düzgün və məlumatlı seçim etməsinə dəstək olmaq məqsədilə abituriyentlərlə maarifləndirici görüşləri davam edir.. Universitetin professor-müəllim heyəti müxtəlif məktəblərdə, liseylərdə və tədris mərkəzlərində keçirilən bu görüşlərdə gənc nəslin təhsilə və gələcək karyeraya dair suallarını cavablandırır, onları maraqlandıran mövzular ətrafında səmimi və faydalı müzakirələr aparır.Görüşlər zamanı abituriyentlərə universitetin təqdim etdiyi ixtisaslar, beynəlxalq mübadilə proqramları, təqaüd imkanları və elmi-tədqiqat fəaliyyətləri haqqında ətraflı məlumat verilir. Eyni zamanda, tələbə həyatı, sosial layihələr, könüllülük fəaliyyəti və universitetin innovativ mühitdə təqdim etdiyi imkanlar xüsusi vurğulanır.

Qərbi Kaspi Universiteti təhsilin yalnız dərs kitabları ilə məhdudlaşmadığını, əsl inkişafın şəxsiyyətin formalaşması ilə başladığını vurğulayır. Bu səbəbdən universitetin akademik heyəti abituriyentlərlə üzbəüz görüşməyə, onların fikirlərini dinləməyə və ehtiyaclarına uyğun tövsiyələr verməyə xüsusi önəm verir.Müəllimlər təkcə təhsil proqramlarından deyil, həm də real həyat təcrübələrindən, tələbələrin gələcəkdə qarşılaşa biləcəyi çağırışlardan danışaraq onlara yol göstərici olurlar. Bu tədbirlər  keçirilərək paytaxtın müxtəlif bölgələrində yaşayan gənclərin bu imkanlardan faydalanmasına şərait yaradır.Qərbi Kaspi Universiteti inanır ki, bu təşəbbüslər sayəsində abituriyentlər daha doğru və məqsədyönlü qərarlar verə biləcək, öz gələcəklərinə daha inamla addımlayacaqlar.