Qərbi Kaspi Universitetinin tədqiqatçılarının nəzərinə!
Kitabxana ProQuest Historical Newspapers™ məlumat bazasına giriş və istifadə imkanı təqdim edir.
Tarix, siyasi və ictimai elmlər üzrə tədqiqatçıların ən çox araşdırdığı mənbələr arasında mühüm yer tutan ProQuest Historical Newspapers™ sizə tarixin şahidi olmaq üçün rəqəmsal şəkildə əsrlər öncəsinə qədər geriyə səyahət etmək imkanı verən qəzetlər arxividir.
Tarixi hadisələrdən tutmuş beynəlxalq, yerli və regional siyasətə, cəmiyyətə, incəsənətə, mədəniyyətə, biznesə və idmana aid bu baza tədqiqatçı-istifadəçilərə müxtəlif mövzular üzrə unikal məlumatlar təqdim edən qəzetlər toplusundan ibarətdir.
The New York Times
The Wall Street Journal
The Washington Post
Chicago Tribune
Los Angeles Times
The Guardian and The Observer
Qəzetlərin hər bir buraxılışı asanlıqla yüklənə bilən PDF formatında tam səhifə və məqalə şəklində mövcuddur. ProQuest Historical Newspapers™ arxivində tarixi qəzet səhifələri ilə yanaşı ayrı-ayrı məqalələr, fotoşəkillər, elanlar, nekroloqlar və s. daxil olmaqla milyonlarla rəqəmsal material var.
QEYD: ProQuest Historical Newspapers™ məlumat bazası 19.03.2025-ci il tarixinədək universitetin tədris korpuslarında və kitabxanada istifadəyə açıqdır.
Bazadan istifadəyə dair ətraflı məlumat və bütün suallarla bağlı kitabxanaya müraciət edə bilərsiniz.