Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin tələbələri “ Green Tech II Startap və Yaşıl Texnologiyalar” müsabiqəsində iştirak ediblər

Qərbi Kaspi Universitetinin tələbələri “ Green Tech II Startap və Yaşıl Texnologiyalar” müsabiqəsində iştirak ediblər

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin iki komandası Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən "GreenTech II Startap və Yaşıl Texnologiyalar" müsabiqəsində iştirak edib. 30 universitetin 400 tələbədən ibarət 80-dan çox komandası 4 kateqoriya üzrə mübarizə aparıb. "CLCN project" və "Smart home control system" startap layihələri ilə yarışda iştirak edən universitetimizin komandaları “Robototexnika” və “Yaşıl texnologiyalar” kateqoriyaları üzrə 3-cü yerə layiq görülüblər.

Qalibiyyət qazanmış layihələrdən “CLCN project” layihəsinin əsas məqsədi günəş panelli nəqliyyat vasitələrinin hazırlanması, ətraf mühitə zərəri minimuma endirmək və enerji sərfiyyatını azaltmaqdır. Digər komandamızın “Smart home control system” layihəsinin əsas məqsədi isə müasir texnologiyalardan istifadə etməklə insanların gündəlik həyatını daha rahat, təhlükəsiz və enerjiyə qənaətli şəkildə-ağıllı ev idarəetmə sisteminin tətbiqi ilə təşkil etməkdir.Müsabiqədə iştirak etmiş layihələr texnologiyanın sosial faydaya yönəldilməsinin və innovativ həllərin real həyata tətbiqinin nümunəsidir.