Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin voleybol komandaları dostluq görüşündə qalib gəlib.

Azərbaycan Dillər Universitetinin dəvəti ilə Qərbi Kaspi Universitetinin voleybol komandaları dostluq görüşündə iştirak ediblər. Görüş Azərbaycan Dillər Universitetinin idman zalında təşkil olunub və həm oğlanlar komandası, həm də qarışıq (mixed) komanda arasında keçirilib. Tədbirin məqsədi universitetlər arasında idman əlaqələrini gücləndirmək, tələbələr arasında dostluğu möhkəmləndirmək və idmana marağı artırmaq olub.

Qərbi Kaspi Universitetinin həm oğlanlardan ibarət voleybol komandası, həm də qarışıq komandası görüşlərdə üstün oyun nümayiş etdirərək qalib gəliblər. Komandalar güclü koordinasiya, taktiki düşüncə və komanda ruhu sayəsində rəqiblərinə üstünlük qazanıblar. Oyunda idman etikası qorunub, qarşılıqlı hörmət və dostluq mühiti hiss olunub.

Bu cür tədbirlər tələbələr üçün yalnız idman bacarıqlarını inkişaf etdirmək deyil, həm də yeni dostluqlar qurmaq, digər universitetlərlə əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.