Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin nümayəndəsi forumda çıxış edib.

Elmi Kitabxana Mərkəzinin müdiri Nigar Babayeva Azərbaycan Dövlət Aqrar Universitetində “Müasir Kitabxana 5.0: Universitet Kitabxanalarının Yeni Missiyası” mövzusunda keçirilən forumda iştirak edib.

Müxtəlif universitet kitabxanalarının rəhbərlərinin iştirak etdiyi forumun “Rəqəmsal İnkişaf və Kitabxanalar: Yeni Texnologiyalara İnteqrasiya” mövzusuna həsr olunmuş panelində Nigar Babayeva çıxış edərək rəqəmsal mühitə keçid, akademik kontekstdə tələbələrin süni intellekt bacarıqlarının təkmilləşdirilməsi istiqamətində kitabxananın rolu, görülən işlər və kitabxanada hazırda tətbiq edilən seminarlar seriyası barədə fikirlərini bölüşüb,

Forumun sonunda iştirakçılar universitet kitabxanalarının inkişafında təcrübə və ideya mübadiləsinin, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.